Azərbaycanın CDMA rabitə operatoru məhkəmə qərarı ilə hərraca çıxarılıb

Azərbaycanın CDMA rabitə operatoru məhkəmə qərarı ilə hərraca çıxarılıb
# 07 mart 2019 12:31 (UTC +04:00)

Azərbaycanın CDMA rabitə operatoru “Aztrank” məhkəmənin qərarı ilə hərraca çıxarılıb.

Bu barədə ONA-ya şirkətdən məlumat verilib.

Müəssisənin ilkin qiyməti 100 min manat təşkil edir. Hazırda əsas müzakirə predmeti şirkətin fəaliyyətinin, ümumiyyətlə, dayandırılmasıdır. “Bu məsələ ilə bağlı qərar bu ayın sonunadək veriləcək. İstisna olunmur ki, şirkətin cari aktivləri “AzEuroTel” şirkətinə verilsin”, - deyə şirkətdən bildirilib.

“Aztrank” şirkəti Bakı, Abşeron və Sumqayıtda “437” indeksi ilə simsiz rabitə xidməti göstərir. Operatorun abunə bazası son 3 ildə təqribən 5 dəfə azalıb. Hazırda abunəçilərin sayı 400-ə yaxındır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR