Ərdoğan-Putin danışıqları iki saata yaxın davam edib - YENİLƏNİB-1

Ərdoğan-Putin danışıqları iki saata yaxın davam edib  - <span style="color: red;">YENİLƏNİB-1
# 11 dekabr 2017 19:27 (UTC +04:00)

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və onun rusiyalı həmkarı Vladimir Putin arasında Ankarada keçirilən danışıqlar iki saata yaxın davam edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, danışıqların həm dar, həm də geniş formatda aparıldığı bildirilir.

Qeyd edək ki, dekabrın 11-də V.Putin Suriya və Misirə səfər edib.

***

21:03

Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında görüş başlayıb.

APA-nın məlumatına görə, bu barədə “Anadolu” agentliyi xəbər verib.

Dövlət başçıları görüşdən sonra mətbuata açıqlama ilə çıxış edəcəklər.

***

20:18

Rusiya dövlət başçısı Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Ankaraya səfər edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Putin və Ərdoğan ikitərəfli əməkdaşlığın aktual məsələlərini, ilk növbədə enerji sahəsində birgə layihələrin həyata keçirilməsini müzakirə etməyi planlaşdırır.

Bundan başqa, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Yaxın Şərqdəki vəziyyət, Suriyada nizamlanma prosesi və Qüds problemi daxil olmaqla, beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR