İtaliya şirkəti Azərbaycandakı nümayəndəliyini bağlayıb

İtaliya şirkəti Azərbaycandakı nümayəndəliyini bağlayıb
# 16 avqust 2017 07:51 (UTC +04:00)

“Valvitalia S.p.A.” şirkətinin Azərbaycandakı nümayəndəliyi ləğv olunub.

Bu barədə “APA-Economics” “Vergilər” qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir.

Bildirlir ki, kreditorlar və digər maraqlı şəxslər tələblərini iki ay ərzində AZ1009 Bakı, Bəşir Səfəroğlu küçəsi, ev 133, SAT Plaza Biznes Mərkəzi, 7-ci mərtəbə ünvanına bildirə bilərlər.

Qeyd edək ki, İtaliyaya məxsus “Valvitalia S.p.A.” enerji sektoru və dəniz sənayesində dizayn, istehsal və təchizat avadanlıqları ilə dünya səviyyəsində məşğul olan şirkətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR