Maltada turist avtobusu ağaca çırpılıb, ölən və yaralananlar var

Maltada turist avtobusu ağaca çırpılıb, ölən və yaralananlar var
# 10 aprel 2018 04:28 (UTC +04:00)

Maltada turistləri daşıyan ikimərtəbəli avtobus ağaca çırpılıb.

APA-nın məlumatına görə, bu barədə “Times of Malta” xəbər verib.

Məlumata əsasən, qəza nəticəsində 62 yaşlı belçikalı kişi və 37 yaşlı ispaniyalı qadın ölüb. 50 turistin yaralandığı, onlardan 6-nın vəziyyətinin ağır olduğu bildirilir.

24 yaşlı yerli sürücüdən başqa, zərərçəkənlərin hamısı əcnəbilərdir. Qəzanın səbəbləri müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR