Ceyms Uorlik: "Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün dəqiq tarixi məlum deyil"

Ceyms Uorlik: "Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün dəqiq tarixi məlum deyil"
# 10 iyun 2015 12:57 (UTC +04:00)

APA-nın "news.am" saytına istinadən verdiyi məlumata görə, bunu Ermənistanda səfərdə olan ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

C. Uorlik bildirib ki, Ermənistanın xarici işlər naziri və prezidenti ilə danışıqlar aparacaq: "Biz danışıqlar prosesində növbəti addımları müzakirə edəcəyik. Hər iki prezident dialoqun intensizləşməsinə dair niyyətini ifadə edib və həmsədrlər onlara müzakirələri asanlaşdırmaqda kömək edəcək".

Qeyd edək ki, C. Uorlik Ermənistana iyunun 9-da səfər edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR