TürkPA Azərbaycanda prezident seçkilərini müşahidə edəcək

TürkPA Azərbaycanda prezident seçkilərini müşahidə edəcək
# 14 fevral 2018 12:30 (UTC +04:00)

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) beynəlxalq müşahidəçilər missiyası Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək.

TürkPA-dan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, təşkilat hər il seçkiləri müşahidə edir və bu il də müşahidə missiyası öz monitorinqini həyata keçirəcək.

Məlumatda deyilir ki, TürkPA bir qayda olaraq üzv olan hər dörd dövlətin seçkilərində müşahidə missiyasını yerinə yetirir: “Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı hazırlıq işləri aparılır. Dörd üzv ölkədən müşahidəçilər gələcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR