İstehlakçıların suölçən cihazlarla təmin edilməsi üçün “Azərsu” ASC-yə 15 milyon manat ayrılıb

İstehlakçıların suölçən cihazlarla təmin edilməsi üçün “Azərsu” ASC-yə 15 milyon manat ayrılıb
# 26 oktyabr 2017 16:04 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev istehlakçıların suölçən cihazlarla təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, əhali qrupu istehlakçılarının suölçən cihazlarla təmin edilməsi üçün “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” prezidentin 2016-cı il 27 dekabr tarixli fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 15 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR