Baş Prokurorluq ağacəkmə kampaniyası keçirib

Baş Prokurorluq ağacəkmə kampaniyası keçirib
# 05 may 2018 13:21 (UTC +04:00)

Baş Prokurorluğun, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaxından dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə növbəti ağacəkmə kampaniyası keçirib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir çərçivəsində paytaxtın Suraxanı rayonu ərazisində Hövsan qəsəbəsinin yaxınlığında 2 hektar ərazidə mindən artıq zeytun və Eldar şamı ağacları əkilib. Abşeron yarımadasının iqliminə uyğun olaraq əkilən ağacların küləkdən qorunması üçün dirəklər basdırılıb və onların inkişafı üçün münbit torpaq və mineral gübrələrdən istifadə olunub. Əkilən ağacların mühafizəsi və mütəmadi olaraq onlara qulluq göstərilməsi məqsədilə bütün zəruri tədbirlər görülüb.

Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR