Ukraynanın baş naziri: "Şimal Axını-2" layihəsi tamamlanmamalıdır"

Ukraynanın baş naziri: "Şimal Axını-2" layihəsi tamamlanmamalıdır"
# 21 dekabr 2019 14:45 (UTC +04:00)

"Şimal Axını-2" layihəsi tamamlanmamalıdır".

APA-nın xəbərinə görə, bu barədə Ukraynanın Baş naziri Aleksey Qonçaruk rəsmi "Twitter" səhifəsində qeyd edib.

"Prezident Trampın "Şimal Axını-2"yə qarşı sanksiyalar imzalamasını alqışlayıram. Bunun ilk nəticəsi olaraq, boru kəmərinin inşası ilə məşğul olan "Allseas" şirkəti "Şimal Axını - 2"-də fəaliyyətini dayandırıb. Bundan əlavə, sanksiyalar qazın Avropaya nəqli ilə bağlı Rusiya ilə apardığımız danışıqları gücləndirir və Avropa İttifaqının (Aİ) enerji bazarında inhisarın qarşısının almasında vacib rol oynayır. Beləliklə, sanksiyalar bütün Avropa istehlakçıları üçün sabit bazar və rəqabətli qiymətlər təmin edir. Ukrayna bu mövqeyi bir çox digər Aİ ölkələri ilə bölüşür və son 4 ildə Ukrayna bu siyasi əsaslı layihənin inşasına qarşı çıxıb. "Şimal Axını - 2" tamamlanmamalıdır", - deyə Ukraynanın hökumət başçısı qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR