Aralıq dənizində 5 miqrantın meyiti aşkarlanıb

Aralıq dənizində 5 miqrantın meyiti aşkarlanıb
# 07 noyabr 2017 23:29 (UTC +04:00)

Aralıq dənizində Afrikadan Avropaya keçməyə çalışarkən batmaq təhlükəsi ilə üzləşən 106 qeyri-qanuni miqrant xilas olunub.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İtaliyanın sahil mühafizə xidmətinin məlumatında bildirilir.

Liviya sahillərində isə rezin qayıqların birində 1-i uşaq olmaqla 5 miqrantın meyiti aşkarlanıb.

Xilas edilən miqrantlar Siciliyanın cənubundakı Pozzalo limanına göndərilib.

İtaliya Daxili işlər nazirliyinin məlumatına əsasən, 2017-ci ildə Aralıq dənizi vasitəsilə Avropaya keçmək istəyən miqrantların sayi ötən ilin analoji dövrü ilə 30% azalaraq 111 min nəfər təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR