Gəncədə ana və azyaşlı qızı qazdan zəhərlənib

Gəncədə ana və azyaşlı qızı qazdan zəhərlənib
# 22 dekabr 2019 04:11 (UTC +04:00)

Gəncədə zəhərlənmə hadisəsi qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Bağman yaşayış massivində baş verib.

Şəhər sakini, 27 yaşlı Almaz Quliyeva və onun 5 yaşlı qızı Səma Quliyeva qazdan zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.

Dərhal xəstələrə lazimi tibbi yardım göstərilib. Vəziyyətlərinin orta ağır olduğu bildilir.

Qeyd edək ki, ilkin məlumata görə, ana və övladı evdə qaz sobasının sönməsi nəticəsində otağa dolan qazdan zəhərləniblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR