Rusiya və ABŞ prezidentləri Putin-Əsəd görüşünün yekunlarını müzakirə ediblər

Rusiya və ABŞ prezidentləri Putin-Əsəd görüşünün yekunlarını müzakirə ediblər
# 21 noyabr 2017 22:20 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp telefon danışığı zamanı Putin-Əsəd görüşünün yekunlarını müzakirə ediblər. APA-nın xəbərinə görə, bu barədə Kremlin məlumatında bildirilir.

“Vladimir Putin Donald Trampı yanvarın 20-də Suriya prezidenti Bəşər Əsədlə keçirdiyi görüşün əsas yekunları barədə məlumatlandırıb. Bildirilib ki, Suriya prezidenti həmin görüşdə siyasi prosesə, konstitusion islahatlar, habelə prezident və parlament seçkilərinin keçirilməsinə sadiqliyini təsdiqləyib”, - deyə məlumatda bildirilir.

Putin həmçinin noyabrın 22-də Rusiya, İran və Türkiyə prezidentlərinin iştirakı ilə keçiriləcək üçtərəfli görüş barədə Trampı məlumatlandırıb. Putin bildirib ki, danışıqlar zamanı Suriyada vəziyyətin normallaşdırılması və siyasi nizamlanmanın müxtəlif aspektləri üzrə addımları razılaşdırmaq nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR