Matteo Renzi İtaliya Demokratik partiyasının sədri vəzifəsindən istefa verib

Matteo Renzi İtaliya Demokratik partiyasının sədri vəzifəsindən istefa verib
# 05 mart 2018 18:50 (UTC +04:00)

İtaliyanın sabiq baş naziri Matteo Renzi İtaliya Demokratik partiyasının sədri vəzifəsindən istefa verdiyini bəyan edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu M.Renzi Romada keçirdiyi mətbuat konfransında bəyan edib.

“Təbii ki, parlament seçkilərinin nəticələrinə görə partiyanın sədri vəzifəsini tərk edirəm”, deyə M.Renzi bildirib.

Qeyd edək ki, martın 4-də İtaliyada baş tutan parlament seçkilərində M.Renzinin partiyası məğlub olub. Seçkilərdə ən çox səs (37%) İtaliyanın sabiq baş naziri Silvio Berluskoninin "İrəli, İtaliya!", Matteo Salvininin "Liqa", Corci Meloninin "İtaliya Qardaşları" və Raffael Fittonun "İtaliya ilə Birgəyik" partiyasının daxil olduğu sağ mərkəzçi koalisiya toplayıb. Parlament çoxluğu təşkil etmək üçün siyasi qüvvələrdən heç biri 40 faizlik həddi aşa bilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR