"Normativ hüquqi aktlar haqqında" Konstitusiya qanununa dəyişiklliklər qəbul edilib

"Normativ hüquqi aktlar haqqında" Konstitusiya qanununa dəyişiklliklər qəbul edilib
# 01 dekabr 2017 09:12 (UTC +04:00)

Milli Məclisin iclasında "Normativ hüquqi aktlar haqqında" Konstitusiya qanununa dəyişiklliklər müzakirəyə çıxarılıb.

APA-nın xəbərinə görə, layihə barədə Hüquq siaysəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Layihəyə əsasən qanuna aşağıdakı məzmunda 76.3-cü maddə əlavə edilir:

“Normativ hüquqi aktın qəbul edilməsindən, həmçinin normativ hüquqi aktlarda ad və ya rəqəm dəyişikliklərindən irəli gələrək bir normativ hüquqi aktla bir neçə normativ hüquqi aktlar və ya onların struktur elementləri (bölmələr, fəsillər, maddələr, hissələr və s.) ləğv edilə bilər. Bu halda ləğv edilməli olan normativ hüquqi aktların sayı çox olduqda, ləğvetmənin bir neçə normativ hüquqi akt çərçivəsində aparılmasına yol verilir".

Layihəyə eyni zamanda bu məzmunda 83.1-1-ci maddə əlavə edilir:

"Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq olunması nəzərdə tutulan Azərbaycan Respublikasının Prezidentinin fərmanları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildikdən sonra 24 saat müddətində rəsmi dərc edilməlidir”.


Qanuna bri sıra texniki dəyişikliklər də nəzərdə tutulub.


Layihə səsə qoyularaq qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR