Putinin ABŞ-da reytinqi son 14 ilin maksimumuna çatıb

Putinin ABŞ-da reytinqi son 14 ilin maksimumuna çatıb
# 22 fevral 2017 07:04 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putinin ABŞ-da reytinqi son 14 ildə maksimuma çatıb.

APA-nın məlumatına görə, “The Hill” "Gallup" İnstitutunun apardığı tədqiqatlara əsasən yazır ki, sorğuda iştirak edənlərin 21%-i Rusiya prezidentinin fəaliyyətini bəyənir.

Belə göstərici son dəfə 2003-cü ildə qeydə alınıb.

2015-ci ildə isə V. Putin yalnız 15% respondent müsbət rəy bildirib.

Kəskin artım Respublikaçılar Partiyası tərəfdarlarının V. Putinə münasibətlərini dəyişməsi ilə əlaqələndirilir.

Əgər 2015-ci ildə bu partiyanın tərəfdarlarının 12%-i rusiyalı lideri dəstəkləyirdisə, 2017-ci ildə bu göstərici 32%-a çatıb.

2015-ci ildə Demokratlar Partiyası tərəfdarlarının 15%-i V.Putini dəstəklədiyi halda, 2017-ci ildə bu göstərici 10%-a enib.

Rusiya barədə 28% respondent müsbət rəy bildirdiyi halda, amerikalıların 70%-i bu ölkəyə mənfi yanaşır.

Qeyd edək ki, tədqiqatlar Donald Trampın prezidentlik dövrünün ikinci ayına, onun Rusiya ilə münasibətləri yaxşılaşdırmaq niyyətində olduğu barədə bəyanatlar verdiyi dövrə təsadüf edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR