Suriya ordusu raket zərbələrinə görə İsrailə xəbərdarlıq edib

Suriya ordusu raket zərbələrinə görə İsrailə xəbərdarlıq edib
# 13 yanvar 2017 02:28 (UTC +04:00)

Suriya ordusunun komandanlığı Dəməşq yaxınlığındakı hərbi aerodroma endirilən raket zərbələrinə görə İsrailə xəbərdarlıq edib. Bu barədə APA “Röyters”ə istinadən xəbər verir.

Bundan əvvəl Suriya ordusu Dəməşq ətrafında yerləşən hərbi aeroportun İsrail tərəfindən raket atəşinə tutulduğunu bəyan edib. Əl-Məzza rayonunda, paytaxtdan 8 km aralıda yerləşən aeroportun yaxınlığında bir neçə partlayış baş verib.

Sama TV raketlərin İsrail ərazisindən atıldığını iddia edib.

Hadisə yerində partlayışlardan sonra güclü yanğın baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR