AMB 1,3 mlrd. manatlıq pul nişanını məhv edib

AMB 1,3 mlrd. manatlıq pul nişanını məhv edib
# 30 aprel 2018 16:27 (UTC +04:00)

2017-ci il ərzində Azərbaycan Mərkəzi Bankı çap şirkәtindәn 410 mln. 677 min manat mәblәğindә yeni pul nişanları tәhvil alıb.

APA-Economics” AMB-nin yaydığı maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2016-cı ildəkindən 43,54 dəfə çoxdur. Belə ki, 2016-cı ildə AMB 9 mln. 432 min manat məbləğində yeni pul nişanları tәhvil alıb.

Hesabat dövründə AMB 1 mlrd. 307 mln. 505 min manat mәblәğindә pul nişanlarını mәhv edib. Bu, 2016-cı ildəkindən 604,839 mln. manat çoxdur. Belə ki, 2016-cı ildə AMB 702,666 mln. manat məbləğində pul nişanlarını mәhv edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR