Kanada polisi insanlara atəş açanın şəxsiyyətini müəyyənləşdirib

Kanada polisi insanlara atəş açanın şəxsiyyətini müəyyənləşdirib
# 24 iyul 2018 01:47 (UTC +04:00)

Kanada polisi Toronto şəhərində insanlara atəş açanın şəxsiyyətini müəyyənləşdirib.

APA-nın məlumatına görə, bu barədə CBC telekanalı xəbər verib.

Məlumata əsasən, iyulun 22-də şəhərin mərkəzində insanlara Toronto sakini, 29 yaşlı Feysəl Hüseyn atəş açıb.

Xatırladaq ki, hadisə nəticəsində biri uşaq olmaqla 2 nəfər ölüb, 13 nəfər xəsarət alıb. Atəş açan şəxs polis tərəfindən məhv edilib. İlkin məlumatlara görə, Feysəl Hüseyn ruhi xəstəlikdən əziyyət çəkib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR