Bakıda iki avtomobil toqquşub, bir nəfər xəsarət alıb

Bakıda iki avtomobil toqquşub, bir nəfər xəsarət alıb
# 03 aprel 2018 02:53 (UTC +04:00)

Bakının Nizami rayonunda sürücü diqqətsizliyi yol qəzası ilə nəticələnib.

APA-nın xəbərinə görə, hadisə zamanı bir nəfər yüngül xəsarət alıb.

Rüstəm Rüstəmov küçəsində qeydə alınmış avtoqəzada Fətullayev Zaur Vahid oğlunun idarə etdiyi "KİA" və Cabbarlı Rövşən Budaq oğlunun idarə etdiyi "VAZ 2121" (“Niva”) markalı avtomobillər toqquşub. Hər iki avtomobilin hərəkət istiqaməti eyni olsa da, "KİA" markalı minik maşını 2-ci dərəcəli yolla hərəkət edirmiş. "Niva"nın sürücüsü də əsas yoldan 2-ci dərəcəli yola keçmək niyyətində olub. Ancaq bu vaxt sürücülər bir-birini gözləmədiyindən qəza qaçılmaz olub.

Zərbənin gücündən "Niva" səkiyə dəyib və sürücüsü yüngül xəsarət alıb.

Qəzanın səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR