Qazaxda çoxmənzilli binaların təmirinə 3 milyon manat ayrılıb

Qazaxda çoxmənzilli binaların təmirinə 3 milyon manat ayrılıb
# 20 oktyabr 2016 15:56 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Qazax şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Qazax şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Prezidentin ehtiyat fondundan Qazax Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR