Rusiyalı ekspert: “Ermənistan hökuməti öz vətəndaşlarının problemlərini həll etmək iqtidarında deyil”

Rusiyalı ekspert: “Ermənistan hökuməti öz vətəndaşlarının problemlərini həll etmək iqtidarında deyil”
# 24 iyun 2015 10:14 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “Ermənistandakı etiraz aksiyaları ermənilərin əksəriyyətinin əhval-ruhiyyəsini əks etdirir. Burada ABŞ Dövlət Departamentinin "əli"ni axtarmaq, onlardan şübhələnməyə gərək yoxdur”.

Bu sözləri APA-nın Moskva müxbirinə açıqlamasında siyasi ekspert, “YevrAzEs” İnstitutunun analitiki Nadana Fridrixson deyib O bildirib ki, hazırda Ermənistanda dəhşətli işsizlik hökm sürür: “Ölkədə orta aylıq əməkhaqqı 300 dollara yaxındır. Bu ilin martında Ermənistanda işsizliyin səviyyəsi keçən ilin mart ayı ilə müqayisədə 21 faiz artıb. Aylıq 60 dollar alan təqaüdçülər yoxsulluq içində yaşayırlar. Onlardan çoxu mağazalara sərgilərə getdikləri kimi gedirlər, ərzaqlara baxıb, toxunub, daha sonra mağazadan çıxırlar. Keçən ilin yay aylarından təqaüdçülər arasında intihar hallarının sayı artmağa başlayıb”.

N. Fridrixson Ermənistandakı mövcud vəziyyətin Rusiyanın da imicinə təsir etdiyini söyləyib “Sarkisyan Avrasiya İqtisadi Birliyinə daxil olarkən vətəndaşlarına yaxşı həyat vəd etmişdi. Faktiki olaraq, İrəvan Moskvadan qalxan kimi istifadə edir. İrəvan öz vətəndaşlarının problemini həll etmək iqtidarında deyil. Rusiyanı iqtisadi böhran vuran kimi, Ermənistanda vəziyyət daha da pisləşdi. İnhisarçı oliqarxlar ərzağın qiymətlərini artırdılar. Təəssüflər olsun ki, İrəvanda açıq tiraniya elementlərini müşahidə edirik. Ümid etmək istəyirik ki, Rusiya siyasətçiləri kuluarlarda erməni həmkarlarına konfliktin həll edilməsinin lazım olduğunu izah edəcəklər. Əhalini sıxmaq deyil, sosial-iqtisadi fəlakətin qarşısını almaq lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR