Ləğv edilmiş 2 banka qarşı kreditorlarının tələblərinin qeydə alınması prosesi başa çatıb

Ləğv edilmiş 2 banka qarşı kreditorlarının tələblərinin qeydə alınması prosesi başa çatıb
# 25 noyabr 2016 13:21 (UTC +04:00)

“Atrabank” və “Qafqaz İnkişaf Bankı” ASC-lərin kreditorlarının tələblərinin qeydə alınması prosesi başa çatıb.

Əmanətlərin Sığortalanması Fondundan “APA-Economics”ə verilən məlumata görə, 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.08.2016-cı il tarixli qərarı ilə iflas proseduruna başlanılan ”Atrabank” ASC-yə qarşı avqustun 27-dən kreditorların tələblərin qeydiyyatına başlanıb və 27 oktyabr 2016-cı il tarixində başa çatdırılıb.

Fonddan o da bildirilib ki, 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.08.2016-cı il tarixli qərarı ilə iflas proseduruna başlanılan “Qafqaz İnkişaf Bankı” ASC-yə qarşı avqustun 27-dən kreditorların tələblərin qeydiyyatına başlanıb və 27 oktyabr 2016-cı il tarixində başa çatdırılıb.

Bununla əlaqədar Fonddan bildirilib ki, bu tarixdən sonra tələblərin qeydiyyatı ilə bağlı müraciət edən kreditorların tələbləri ləğvedici tərəfindən qeydə alınmayacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq, kreditorların tələblərinin irəli sürülməsi müddəti ləğvetmə haqqında ilk məlumatın dərc edildiyi gündən etibarən 60 gündən az ola bilməz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR