“Abituriyent” jurnalının 2-ci nömrəsi çap edilib

“Abituriyent” jurnalının 2-ci nömrəsi çap edilib
# 02 aprel 2018 09:41 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 2-ci nömrəsini çap edib.

DİM-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Abituriyent” jurnalının 2-ci nömrəsində 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu elanının tam mətni, ixtisaslar üzrə müsabiqə şərtləri, "Abituriyentin elektron ərizəsi" formasının doldurulma qaydası və nümunəsi, "Şəxsi kabinet"in yaradılması və istifadə qaydası, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri və digər zəruri materiallar dərc edilib.

Bu nömrədə 2017-ci ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları, imtahan fənləri üzrə bəzi test tapşırıqlarının izahı və tövsiyələr, abituriyentlər üçün elmi-metodiki məqalə dərc olunub.

Jurnalı DİM-dən, “Abituriyent” satış köşklərindən və kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR