Zaqatalada minik avtomobili ağaca çırpılıb, 2 nəfər ölüb - YENİLƏNİB

Zaqatalada minik avtomobili ağaca çırpılıb, 2 nəfər ölüb - <span style="color: red;">YENİLƏNİB
# 05 avqust 2017 05:54 (UTC +04:00)

Zaqatalada ağır yol qəzası baş verib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Yevlax- Zaqatala - Gürcüstan magistral yolunun 108-ci kilometrliyində qeydə alınıb.

“VAZ-2106" markalı “62 BX 409” dövlət nömrə nişanlı minik maşının idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması nəticəsində avtomobilin sürücüsü, Zaqatala rayonunun Aşağı Tala kənd sakini, 1988-ci il təvəllüdlü Qaracayev Taleh Aslanbəy oğlu hadisə yerində ölüb. Avtomobilin sərnişini, 1988-ci il təvəllüdlü Aşağı Tala kənd sakini Yunusov Qismət Ziyəddin oğlu xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

***

07:14

Zaqatalada ağır yol qəzası baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Zaqatala rayonu, Bəhmənli kəndində, sahibi məlum olmayan "VAZ-2106" markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması və nəticəsində yol-qəza hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sərnişinin (naməlum kişi) cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 05:00-da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR