"Azərsu"nun auditini aparacaq şirkətin adı məlum olub

"Azərsu"nun auditini aparacaq şirkətin adı məlum olub
# 14 fevral 2018 13:14 (UTC +04:00)

"Azərsu" ASC-nin 2017-ci il üzrə maliyyə auditini aparacaq şirkətin adı məlum olub.

"APA-Economics"in məlumatına görə, "Azərsu" ASC-nin Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq 2017-ci il ərzində əvəzsiz alınmış əsas vəsaitlərin yenidən qiymətləndirilməsi və 31.12.2017-ci il tarixinə əsas vəsaitlərin qiymətdən düşməyə testləşdirilməsi xidmətləri üzrə keçirdiyi açıq tender proseduru başa çatıb.

“Baker Tilly Audit Azərbaycan” MMC həmin tenderin qalibi seçilib.

Sözügedən şirkətlə fevralın 8-də dəyəri 40120 manat olan satınalma müqaviləsi bağlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR