Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 11% artıb

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 11% artıb
# 03 noyabr 2017 11:18 (UTC +04:00)

2017-ci ilin yanvar-oktyabr ayları ərzində Gürcüstana Azərbaycandan 1 mln. 430 min 703 nəfər ziyarətçi səfər edib.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, bu, ötən ilin analoji göstəricisindən 10,8% çoxdur.

Oktyabr ayında Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 130 914 nəfər təşkil edib.

Cari ilin ilk 10 ayı ərzində Gürcüstana səfər edən əcnəbilərin ümumi sayı 6 mln. 430,824 min nəfər təşkil edib ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 18,8% çoxdur.

Qonşu ölkəyə ən çox səfər edən xarici ziyarətçilər arasında Azərbaycanla yanaşı Ermənistan (15,8% artım), Rusiya (33,3%),) və İran vətəndaşları (122,8%) da yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR