Mirhüseyn Musəvinin xanımı İran hökumətini məhbus qadınları azad etməyə çağırıb

Mirhüseyn Musəvinin xanımı İran hökumətini məhbus qadınları azad etməyə çağırıb
# 09 mart 2019 11:56 (UTC +04:00)

İran müxalifətinin uzun müddətdir ev dustaqlığında saxlanılan liderlərindən olan Mirhüseyn Musəvinin həyat yoldaşı Zəhra Rəhnəvərd İran hökumətini qadınların hüquqlarına diqqət etməyə və məhbus qadınları azad etməyə çağırıb.

ONA-nın Tehran bürosunun məlumatına görə, hazırda həyat yoldaşı ilə birlikdə ev dustaqlığında saxlanan Z.Rəhnəvərdin 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə yayımladığı məktubu onun qızı Nərgiz Musəvinin “İnstagram” səhifəsində dərc olunub.

Z.Rəhnəvərd qadınların mövqeyinə münasibətdə əsaslı dəyişikliyi ilk addımını fəhlə, müəllim, dərviş, tələbə olan, ekologiya fəalı və uşaq hüquqlarını müdafiə edən və hazırda həbsdə saxlanılan qadın məhbusların azad olunmasında gördüyünü vurğulayıb.

Z.Rəhnəvərd hazırda həbsdə saxlanılan Nəsrin Setudə, Nərgiz Məhəmmədi, Atina Dayimi, Gülrox İrayi, Nazənin Zağəri və bir çox digər məhbus qadınların taleyindən narahat olduğunu vurğulayıb.

Süleyman Fərzəliyev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR