Misirdə terrorçularla qarşıdurmada 54 polis əməkdaşı həlak olub- YENİLƏNİB-2

Misirdə terrorçularla qarşıdurmada 54 polis əməkdaşı həlak olub- <span style="color: red;">YENİLƏNİB-2
# 21 oktyabr 2017 01:52 (UTC +04:00)

Misirin paytaxtı Qahirə yaxınlığında terrorçularla qarşıdurma zamanı Misir Daxili işlər nazirliyinin 54 əməkdaşı həlak olub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

“54 polis əməkdaşı həlak olub, onlardan 20-si zabitlərdir”, deyə mənbə bildirib. Hazırda əməliyyatın başa çatdığını deyən mənbə terrorçuların itkiləri barədə məlumat verməyib.

***

02:34

Misirin paytaxtı Qahirə yaxınlığında terrorçularla qarşıdurma zamanı ölən xüsusi təyinatlıların sayı 30-a çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 16 nəfərin öldüyü, 15-ə yaxınının yaralandığı bildirilirdi.

Xüsusi təyinatlılar Qahirədən 135 km aralıda yerləşən əl-Vəhət bölgəsində terrorçuların zərərsizləşdirilməsi istiqamətində xüsusi əməliyyat keçirib. Terrorçuların hansı qruplaşmaya mənsub olduqları barədə məlumat verilmir. Onların ölkə ərazisində törədilən bir sıra terror aktlarında əli olduğu qeyd olunub.

***

00:56

Misirin paytaxtı Qahirə yaxınlığında terrorçularla atışmada həlak ölən xüsusi təyinatlıların sayı 16-ya çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, qarşıdurma zamanı 15-dək polis əməkdaşı yaralanıb.

İnsident Qahirədən 135 km aralıda yerləşən əl-Vəhət bölgəsində, terrorçulara qarşı keçirdiyi xüsusi əməliyyat zamanı baş verib. Məlumata görə, asayiş keşikçiləri iriçaplı silahlardan atəşə tutulublar. Terrorçuların hansı qruplaşmaya mənsub olduqları barədə məlumat verilmir. Terrorçuların zərərsizləşdirilməsi üzrə əməliyyat davam edir.

***

21:05

Misirin paytaxtı Qahirə yaxınlığında terrorçularla atışmada 14 polis əməkdaşı həlak olub, 8-i yaralanıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident hüquq-mühafizə orqanlarının terrorçulara qarşı keçirdiyi xüsusi əməliyyat zamanı baş verib.

Hadisə yerinə hərbi helikopterlər cəlb edilib. Terrorçuların zərərsizləşdirilməsi üzrə əməliyyat davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR