Naxçıvan-Bakı-Naxçıvan marşrutu üzrə daşınan sərnişinlərin sayı açıqlanıb

Naxçıvan-Bakı-Naxçıvan marşrutu üzrə daşınan sərnişinlərin sayı açıqlanıb
# 11 yanvar 2018 08:58 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasında (NMR) avtomobil nəqliyyatı infrastrukturunun müasir standartlar səviyyəsinə çatdırılması istiqamətində 2017-ci ildə ardıcıl tədbirlər görülüb, sərnişindaşımalarını yerinə yetirən sürücülərin iştirakı ilə 24 seminar-müşavirə keçirilib.

NMR Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, nəqliyyat vasitələri ilə təhlükəsiz sərnişin daşınması, marşrut qrafikinə nəzarət olunması məqsədilə Naxçıvan-Bakı marşrutunda işləyən avtobuslara “Naxtel-4G” GPS monitorinq izləmə sistemi quraşdırılıb. Naxçıvan şəhərdaxili marşrutunda işləyən avtobuslara və taksilərə isə GPS-lərin quraşdırılması işi davam etdirilir.

Ötən il beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyət gücləndirilib, Türkiyənin “Metro” və “İğdırlı” turizm şirkətləri ilə bağlanmış müqaviləyə əsasən qardaş ölkənin İqdır şəhərinə avtobus marşrutu açılıb.

Bu dövrdə Naxçıvan-Bakı-Naxçıvan marşrutu üzrə Naxçıvandan Bakıya 20 min 685, Bakıdan Naxçıvana isə 20 min 964 sərnişin daşınıb. Beləliklə, ötən il qeyd olunan marşrut üzrə 41 649 sərnişin daşınıb.

Muxtar respublika daxilində 135 marşrut xətti üzrə rayon mərkəzləri və kəndlərin hamısı marşrutla təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR