Abşeronda avtomobilin vurduğu Bakı sakini ölüb

Abşeronda avtomobilin vurduğu Bakı sakini ölüb
# 08 mart 2019 12:21 (UTC +04:00)

Martın 8-də saat 1 radələrində Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində Qobu qəsəbə sakini İ.Ocaqov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini H.Məmmədovu vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, nəticədə piyada hadisə yerində ölüb.

Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR