Palata: Bankların kredit portfeli 60 mln. manat artıb

Palata: Bankların kredit portfeli 60 mln. manat artıb
# 03 noyabr 2017 13:44 (UTC +04:00)

2017-ci ilin sentyabr ayının 30-na banklar tərəfindən müştərilərə verilən kreditlərin ümumi məbləği 11 mlrd. 966,9 mln. manat təşkil edib.


"APA-Economics" Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya əsasən xəbər verir ki, bank sektorunun iştirakçılarının məcmu kredit portfeli sentyabrın ayının əvvəli ilə müqayisədə 59,7 mln. manat və ya 0,50% artıb.


Ümumiyyətlə, ilin əvvəlindən bankların müştərilərə verdiyi kreditlərin həcmi 3 mlrd. 833,3 mln. manat və ya 24,24% azalıb. Xatırladaq ki, cari ili yanvarın 1-nə bankların kredit portfelinin həcmi 15 mlrd. 800,2 mln. manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR