Şəmkirdə 80 yaşlı qadını traktor vurub

Şəmkirdə 80 yaşlı qadını traktor vurub
# 04 sentyabr 2017 19:15 (UTC +04:00)

Şəmkirdə xəsarətlə nəticələnən yol qəzası baş verib.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dəllər qəsəbəsində baş verib.

Rayon sakini, 1937-ci il təvəllüdlü Münəvvər Hümbət qızı Əliyeva hərəkətdə olan traktor tərəfindən vurulub.

Qadın xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR