Bakıda iki maşın toqquşub, 5 nəfər xəsarət alıb

Bakıda iki maşın toqquşub, 5 nəfər xəsarət alıb
# 18 yanvar 2017 16:02 (UTC +04:00)

Bakıda iki minik avtomobili toqquşub.

APA-nın məlumatına görə, hadisə Binəqədi rayonu, Xocasən yolunda qeydə alınıb.

“Mercedes” və “Lada” markalı iki minik avtomobilini toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

Binəqədi rayon Polis İdarəsindən APA-ya bildirilib ki, hazırda baş vermiş qəza hadisəsi ilə bağlı hadisə yerində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR