Türkiyənin nazir müavini: “Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin tez başa çatmasına çalışırıq”

Türkiyənin nazir müavini: “Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin tez başa çatmasına çalışırıq”
# 26 yanvar 2017 14:24 (UTC +04:00)

“Türkiyə çalışır ki, Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin tikintisi tezliklə başa çatsın. Bu, istər gömrük, istərsə də ölkələrarası ticarət dövriyyəmizi artıracaq və əlaqələrimizi daha da genişləndirəcək”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Gürcüstan paytaxtında Dünya Gömrük Təşkilatının dəstəyi ilə keçirilən beynəlxalq konfrans zamanı jurnalistlərə açıqlamasında Türkiyənin Gömrük və Ticarət nazirinin müavini Fatih Çiftci deyib.

Onun sözlərinə görə, Bakı-Tiflis-Qars layihəsi beynəlxalq əhəmiyyət kəsb edir: “Bu layihə ölkələrimizin inkişafı üçün həyata keçirilən ən böyük layihələrdən biridir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR