Prokuror İran vətəndaşına qarşı dələduzluq edən şəxsə cəza istəyib

Prokuror İran vətəndaşına qarşı dələduzluq edən şəxsə cəza istəyib
# 24 noyabr 2016 14:33 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Şahzadə Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxsin cinayətinin məhkəmə istintaqında sübuta yetirildiyini deyib. O, Ş. Rüstəmovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkili çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses dekabrın 2-də davam etdiriləcək.

Qeyd edək ki, Ş. Rüstəmov etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə İran vətəndaşı Fotouhi Sefidi Mohammadə Masazır qəsəbəsində yerləşən 3 otaqlı mənzili öz mülkiyyəti kimi təqdim edib, həmin mənzili ona 30 min ABŞ dollarına sataraq, dələduzluq edib.

Həmin mənzilin Əli Əhmədovun adına olduğu müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR