Nigeriyada "Boko Haram"ın hücumu nəticəsində 18 nəfər ölüb

Nigeriyada "Boko Haram"ın hücumu nəticəsində 18 nəfər ölüb
# 02 sentyabr 2017 03:44 (UTC +04:00)

Nigeriyanın şimal-şərqində "Boko Haram" qruplaşması silahlılarının hücumu nəticəsində azı 18 nəfər ölüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Borno ştatının inzibati mərkəzi Mayduquri şəhərindən 130 km aralıda qeydə alınıb.

Bıçaqla silahlanmış şəxslər Banki yaşayış məntəqəsinə hücum edərək dinc sakinləri qətlə yetiriblər.

Qeyd edək ki, “Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır. Terrorçular mütəmadi olaraq Niger, Kamerun və Çad ərazilərinə hücum edir. 2015-ci ildə "Boko Haram" qruplaşması İŞİD-ə sədaqət andı içib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR