Yunanıstanın sabiq prezidenti vəfat edib

Yunanıstanın sabiq prezidenti vəfat edib
# 21 noyabr 2016 04:15 (UTC +04:00)

Yunanıstanın sabiq prezidenti Konstantinos Stefanopulos 90 yaşında vəfat edib.

APA-nın məlumatına görə, bu barədə “AFP” xəbər yayıb.

K. Stefanopulos 1995-2005-cı illərə Yunanıstanın prezidenti olub.

Bundan əvvəl ixtisasca hüquqşünas olan K. Stefanopulos Yunanıstan hökumətində müxtəlif vəzifələrdə çalışıb. Keçmiş prezident xəstəxanada pnevmoniyadan vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR