Bakı Şəhəri üzrə Təhsil İdarəsi müəllimlər arasında yaranmış narazılıqlara münasibət bildirib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi müəllimlər arasında yaranmış narazılıqlara münasibət bildirib
# 28 fevral 2017 07:32 (UTC +04:00)

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Bakı məktəblərində "Azərbaycan dili-Ədəbiyyat" fənni müəllimlərinin ibtidai sinif müəllimlərinə imla yazdırması ilə əlaqədar yaranmış narazılıqlara münasibət bildirib.

İdarədən APA-ya verilən məlumatda bildirilir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərinin fəaliyyət planının “Müəllimlərin peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi” bəndinə əsasən, pedaqoji fəaliyyətin düzgün planlaşdırılması, didaktik qabiliyyətlərin üzə çıxarılması və tədris prosesinin keyfiyyətli təşkilini təmin etmək məqsədilə fəaliyyət planından irəli gələrək müəllimlərin innovativ təcrübəsinin müəyyənləşdirilməsi istiqamətində vaxtaşırı olaraq məktəbdaxili müxtəlif fəaliyyətlər icra olunur: "Həmçinin, həmkara dəstək, məktəbdə qabaqcıl təcrübəni bölüşmək, həmkarından öyrənmək və öyrətmək, məktəbdaxili inkişafetdirici tədbirlər də məktəblərin cari fəaliyyətinin tərkib hissəsidir və mütamadi olaraq məktəb rəhbərləri bu istiqamətdə müəllimlərlə iş aparır. İbtidai təhsilin xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, məktəb rəhbərləri ibtidai sinif müəllimlərinin peşə bacarıqlarının müəyyənləşdirilməsi məqsədilə vaxtaşırı məktəbdaxili monitorinqlər aparmalıdırlar. Əldə edilən obyektiv nəticələr müəllimin fəaliyyətinin keyfiyyətinin artırılması üçün bu sahədə səmərəli planlaşdırmanı təmin etmək imkanı yaradır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR