Qlobal Gənc Liderlər Forumunun açılış sessiyası keçirilib

Qlobal Gənc Liderlər Forumunun açılış sessiyası keçirilib
# 21 avqust 2017 08:26 (UTC +04:00)

Bu gün Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Gənc Liderlər Forumunun açılış sessiyası olub.

APA-nın məlumatına görə, sessiyada çıxış edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Səragəldin Forumun əhəmiyyətindən danışıb.

Sessiyada çıxış edən Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliev planetin gələcəyinin gənc liderlə birlikdə qurulacağını söyləyib: "Biz gənclərlə birlikdə planetin gələcəyini daha gözəl edə bilərik. Gənc liderlər sülhməramlı olmalı, müharibəyə qarşı çıxış etməli, dünyanı düzgün istiqamətləndirməlidirlər".

Ukraynanın sabiq birinci xanımı (2005-2010) Katerina Yuşenko elektron hökumət quruculuğunun şəffaflığın təmin edilməsində önəmini qeyd edib: "Hazırda tibb sahəsində sürətli inkişaf müşahidə olunur. Biogenetikanın inkişafı da qeyd olunmalıdır. Kompüterlər tibbi xidmətlərin daha səmərəli olmasına yol açacaq. Biz isə əsas səylərimizi azadlığa yönəltməli və innovasiyalara əlçatanlığı təmin etməliyik".

Latviyanın sabiq prezidenti Valdis Zatlers Forum təcrübələrin gənc liderlər tərəfindən öyrənilməsi baxımdan əhəmiyyətli olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR