Türkmənistanda parlament seçkiləri başa çatıb - YENİLƏNİB

Türkmənistanda parlament seçkiləri başa çatıb - <span style="color: red;">YENİLƏNİB
# 25 mart 2018 16:45 (UTC +04:00)

Türkmənistanda parlament seçkiləri başa çatıb.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Türkmənistan Mərkəzi Komissiyası yerli vaxtla saat 19.00-da Məclisə səsvermə başa çatdığını və bütün seçki məntəqələrinin bağlandığını açıqlayıb.

Türkmənistan qanunvericiliyə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermədən sonra 7 gün ərzində seçkinin nəticələrini açıqlamalıdır. Adətən Türkmənistanda seçkinin nəticələri səsvermədən 2-3 gündən sonra açıqlanır.

***

saat 15.29

Bu gün Türkmənistanda parlament seçkiləri keçirilir.

APA-nın "Alman dalğası" radiosuna istinadən verdiyi məlumata görə, səsvermənin başa çatmasına 4 saat qalmış seçicilərin 77 faizi səs verib.

Məclisdə 125 yer uğrunda 284 namizəd mübarizə aparır. Namizədlərdən 168-ı partiyalar, 116-ı vətəndaş qrupları tərəfindən irəli sürülüb. Deputatlığa namizədlər arasında ən məşhuru Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun oğlu 36 yaşlı Sərdar Berdıməhəmmədovdur. Ekspertlər S. Berdıməhəmmədovun parlament sədri seçilməsi şansını yüksək qiymətləndirir.

Seçkiləri ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Şanxay Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla, 140 xarici, o cümlədən 4 mindən çox yerli müşahidəçi izləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR