Yankauskas: "Azərbaycan və Aİ arasında imzalanmış sənədlər təhsil və ictimai həyatın yaxşılaşdırılmasında rol oynayacaq”

Yankauskas: "Azərbaycan və Aİ arasında imzalanmış sənədlər təhsil və ictimai həyatın yaxşılaşdırılmasında rol oynayacaq”
# 20 iyul 2018 07:58 (UTC +04:00)

“Azərbaycan və Avropa İttifaqı arasında bu yaxınlarda imzalanmış sənədlər ölkədə təhsil və ictimai həyatın yaxşılaşdırılmasında aparıcı rol oynayacaq”.

APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas 16-17 iyul tarixlərində Tərtər-Bərdə rayonlarına səfər çərçivəsində deyib. K. Yankauskas bütövlükdə Azərbaycanda yaşanan müsbət dəyişikliklərə toxunaraq bildirib ki, Avropa İttifaqı cəbhə bölgələrində peşə təhsili proqramlarını dəstəkləyir.

Səfər çərçivəsində Bərdə və Tərtər rayon icra başçıları ilə görüşən səfir rayonların sosial-iqtisadi vəziyyəti, qaçqınların və məcburi köçkünlərin həyat şəraiti tanış olub. Qaçqın və məcburi köçkünlərin yaşadığı bölgələrdə Aİ-nin layihələr həyata keçirilməsinin kənd təsərrüfatı sektorunun inkişafına töhfə verəcəyi qeyd edilib.

“Ötən il Bakıya gəldim və dedim ki, Azərbaycan təkcə Bakıdan ibarət deyil. Bu məqsədlə rayonlara da səfər etmək, oradakı problemləri görüb, anlayıb, həyatı yaxşılaşdırmaq lazımdır. Bu səfərim də gələcək birgə tədbirləri müzakirə etmək üçün daha çox imkanlar açdı”, - deyə K. Yankauskas səfərin sonunda əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR