Opera və Balet Teatrında “Jizel” baleti nümayiş olunacaq

Opera və Balet Teatrında “Jizel” baleti nümayiş olunacaq
# 24 mart 2017 11:25 (UTC +04:00)

Martın 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dünya klassik balet sənətinin dəyərli nümunələrindən olan “Jizel” baletinin tamaşası keçiriləcək.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, A. Adanın əsəri uzun illərdir ki, teatrın repertuarındadır.

Növbəti nümayişdə ilk dəfə olaraq baş rolu - Jizel partiyasını teatrın balet truppasının gənc solisti, balet artistlərinin Q. Almaszadə adına beynəlxalq müsabiqəsinin Qran-pri mükafatı laureatı Cəmilə Kərimova ifa edəcək. Qraf Albert rolunda isə əməkdar artist Makar Ferştandt çıxış edəcək.

Tamaşanın dirijoru əməkdar artist Əyyub Quliyevdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR