Bank Of Baku

Bakıda yük maşını iki avtomobillə toqquşub, ölən var

Bakıda yük maşını iki avtomobillə toqquşub, ölən var
# 12 dekabr 2021 14:37 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda "Shacman" markalı yük avtomobili ilə “Mercedes” və "Nissan" markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sərnişinlər, 1996-cı il təvəllüdlü Nəsirli Turxan Nizami oğlunun və digər bir nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan "Mercedes" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR