Samuxda traktor aşıb

Samuxda traktor aşıb
# 22 may 2018 11:39 (UTC +04:00)

Samuxda sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə rayonun İnstitut qəsəbəsində qeydə alınıb. Bərdə rayon sakini, 1980-ci il təvəllüdlü Əhmədov Fəxrəddin Novruz oğlunun idarə etdiyi “Belarus” markalı traktor hərəkətdə olarkən aşıb. Sürücü bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR