Bakıda məzunların məşğulluq imkanlarının artırılması məqsədilə forum keçirilib

Bakıda məzunların məşğulluq imkanlarının artırılması məqsədilə forum keçirilib
# 17 yanvar 2017 10:26 (UTC +04:00)

Bu gün “British Council” məzunların məşğulluq imkanlarının artırılması məqsədilə universitet və biznes müəssisələri nümayəndələrinin iştirakı ilə forum keçirib.

APA-nın xəbərinə görə, Təhsil Nazirliyi tərəfindən dəstəklənən tədbirdə “British Council” Azərbaycan ofisinin direktoru Elizabet Vayt bildirib ki, məzunların məşğulluq imkanları və qabiliyyətlərinin artırılmasına nail olmaq üçün qurum universitetlər və işəgötürənlər arasında əməkdaşlıq əlaqələrini dəstəkləyir.

O qeyd edib ki, “British Council” gələcək əməkdaşlıqların qurulması məqsədilə maraqlı tərəflər üçün ünsiyyət imkanı yaradır. E. Vaytın sözlərinə görə, hər zaman məzunların iş, işəgötürənlərin isə kadr axtarışında müəyyən çətinlik yaranır. Bu çətinlikləri aradan qaldırmaq üçün birgə görüşlərin keçirilməsi, müzakirələrin aparılması vacibdir.

Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Ali, orta ixtisas və əlavə təhsil sektorunun müdiri Sülhəddin Gözəlov isə bildirib ki, ali təhsilin istehsalat, işəgötürənlərlə işbirliyi və əlaqələrin gücləndirilməsi nazirlik üçün prioritet istiqamətlərindəndir. O vurğulayıb ki, son illər ali məktəblərin istehsalat müəssisələrinə və ya biznes müəssisələrinin savadlı kadrlara ehtiyacı artıb. Sektor müdirinin sözlərinə görə, bu ehtiyacları ödəmək üçün qarşılıqlı əlaqələr yaradılmalı və məzunlar işlə təmin olunmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR