Vergi orqanlarında rəhbər vəzifələrdə çalışan gənclərin sayı açıqlanıb

Vergi orqanlarında rəhbər vəzifələrdə çalışan gənclərin sayı açıqlanıb
# 03 aprel 2018 10:16 (UTC +04:00)

Vergilər Nazirliyi 2017-2019-cu illərdə işə qəbulla bağlı xüsusi strategiya qəbul edib.

"APA-Economics"in məlumatına görə, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Onun sözlərinə görə, vergi orqanlarının fəaliyyəti günün tələblərinə uyğun olaraq daim təkmilləşdirilir.

"Hazırda vergi ödəyicilərinə 60-dan çox elektron xidmət göstərilir. Vergi bəyannamələrinin hazırlanmasından tutmuş onların göndərilməsi və vergilərin ödənilməsinə qədər bütün proseslər elektronlaşdırılıb. Hazırda vergi orqanlarında rəhbər vəzifələrdən çalışan şəxslərdən 32%-dən çoxunun yaşı 35-dən aşağıdır ki, bu da kadr siyasətində təcrübəli kadrlarla yanaşı, gənclərə də geniş yer verildiyini göstərir", - deyə məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR