DİM yanvar-mart aylarında dövlət qulluğuna qəbulla bağlı görülən işləri açıqlayıb

DİM yanvar-mart aylarında dövlət qulluğuna qəbulla bağlı görülən işləri açıqlayıb
# 05 aprel 2018 08:54 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi (DİM) yanvar-mart aylarında dövlət qulluğuna qəbulla bağlı görülən işləri açıqlayıb

Mərkəzdən APA-ya verilən məlumata görə, mərkəz tərəfindən 11 və 26 yanvar tarixlərində 77 dövlət orqanında mövcud olan 1315 vakant vəzifə üzrə müsabiqənin müsahibə elanları verilib.

Müsahibələr Bakı şəhəri, DİM-in Gəncə, Şəki, Şirvan, Göyçay, Lənkəran, Bərdə regional bölmələri, Mingəçevir, Quba regional “ASAN” xidmət mərkəzi daxil olmaqla 18 müxtəlif yerdə təşkil edilib və 17 iş günündə başa çatdırılıb.

Obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə keçirilmiş bütün müsahibələrin videoçəkilişi aparılıb.

11 yanvar tarixli elan üzrə 44 dövlət orqanında 376 vakant vəzifəyə 642 namizədin 1700 müraciəti qeydə alınıb (1 namizəd bir neçə yerə müraciət edə bilər). Keçirilməsi nəzərdə tutulan 1700 müsahibədən 853-ü baş tutub. Namizədlər 451 müsahibədə iştirak etməkdən imtina edib, 385 müsahibədə isə iştirak etməyiblər. 7 müsahibənin nəticəsi etibarsız hesab edilib.

Beləliklə, müsahibələrdə iştirak etmiş 272 namizəd bir və ya daha çox ( 243-ü 1 vakant vəzifəyə, 24-ü 2 vakant vəzifəyə, 5-i isə 3 vakant vəzifəyə) vəzifəyə uyğun bilinib, 334 namizəd isə iştirak etdiyi heç bir müsahibədə müvəffəqiyyət əldə etməyib. Ümumilikdə, 1700 müraciət qeydə alınan 376 vakant vəzifədən 173 vakant vəzifəyə 272 namizəd uyğun bilinib, qalan 203 vakant vəzifəyə isə heç bir namizəd uyğun hesab edilməyib.

26 yanvar tarixli elan üzrə isə Təhsil Nazirliyində 58 vakant vəzifə üzrə 50 namizədin 108 müraciəti qeydə alınıb. Keçirilməsi nəzərdə tutulan 108 müsahibədən 49-u baş tutub. Namizədlər 32 müsahibədə iştirak etməkdən imtina edib, 27 müsahibədə isə iştirak etməyiblər. Baş tutmuş 15 müsahibə üzrə uğur əldə edilib, 34 müsahibə üzrə isə uğur qazanan olmayıb. Beləliklə, müsahibələrdə iştirak etmiş 15 namizədin hər biri 1 vakant vəzifəyə uyğun bilinib, 24 namizəd isə iştirak etdiyi heç bir müsahibədə müvəffəqiyyət əldə etməyib. Ümumilikdə, 108 müraciət qeydə alınan 58 vakant vəzifədən 15 vakant vəzifəyə 15 namizəd uyğun bilinib, qalan 43 vakant vəzifəyə isə heç bir namizəd uyğun hesab edilməyib.

Qeyd edək ki, DİM tərəfindən 22 aprel tarixində inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə növbəti test imtahanı keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR