Bakıda silsilə oğurluqlar edən yeniyetmələr tutulub

Bakıda silsilə oğurluqlar edən yeniyetmələr tutulub
# 03 aprel 2018 09:54 (UTC +04:00)

Bakıda silsilə oğurluqlar edən yeniyetmələr saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il oktyabrın 18-dən martın 19-dək olan müddətdə rayon ərazisindəki orta məktəblərin birindən, 4 mağazadan, 1 gözəllik salonundan və 1 aptekdən, habelə paytaxt sakini olan 1 qadının pul qabından pul, noutbuk və planşet oğurlamaqda şübhəli bilinən 4 yeniyetmə saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR