Ağsuda çörəkbişirmə sexində yanğının söndürülməsinə 3 rayonun yanğınsöndürənləri cəlb olunub - YENİLƏNİB

Ağsuda çörəkbişirmə sexində yanğının söndürülməsinə 3 rayonun yanğınsöndürənləri cəlb olunub - <span style="color: red;">YENİLƏNİB
# 15 aprel 2018 11:31 (UTC +04:00)

Ağsu rayonunda yanğın olub.

APA-nın yerli bürosunun xəbərinə görə Ağsu şəhərindəki mərkəzi bazarın yanında yerləşən və sahibkar, 1950-ci il təvəllüdlü İsmayılov Mustafa Əbil oğluna məxsus ümumi sahəsi 345 kvadratmetr olan çörəkbişirmə sexində baş verən yanğının söndürülməsinə Ağsu, İsmayıllı və Kürdəmir Dövlət Yanğından Mühafizə hissələrinin 5 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı müəssisənin 313 kvadratmetrlik hissəsi yanıb, ona birləşik 345 kvadratmetrlik digər ticarət obyekti və yaxınlıqdakı bazar alovdan mühafizə edilib. Yanğın saat 12:30 radələrində tam söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

***

13.24

Ağsu rayonunda ümumi sahəsi 345 m2 olan çörək sexinin yanar konstruksiyaları 313 m2 sahədə yanıb.

FHN-dən APA-ya verilən məlumata görə, sexin qalan hissəsi və yaxınlıqdakı digər obyektlər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR