Astara sakini döyülərək ağır xəsarət alıb

Astara sakini döyülərək ağır xəsarət alıb
# 14 iyul 2017 20:09 (UTC +04:00)

Astara sakini döyülərək ağır xəsarət alıb.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Hamuşam kəndində qeydə alınıb.

Kənd sakini, 1992-ci il təvəllüdlü Rövşən Pozan oğlu Cəbiyev Lənkəran Rayon Mərkəzi Xəstəxanasına qapalı kəllə-beyin travması ilə daxil olub.

Yaralıya ilkin tibbi yardım göstərilərək reanimasiya şöbəsinə yerləşdirilib. Ona baş nahiyəsindən daşla xəsarət yetirildiyi bildirilir. Hadisənin kim tərəfindən törədildiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR